"Starlink" Venesuelanın zəlzələdən zərər çəkmiş ərazilərini pulsuz rabitə ilə təmin edəcək

Digər ölkələr
  • 26 iyun, 2026
  • 05:48
Starlink Venesuelanın zəlzələdən zərər çəkmiş ərazilərini pulsuz rabitə ilə təmin edəcək

"Starlink" qlobal peyk rabitə sistemi bir ay ərzində Venesuelanın zəlzələdən zərər çəkmiş bölgələrinin sakinlərinə pulsuz rabitə xidmətləri göstərəcək.

"Report"un məlumatına görə, bu barədə Starlink-in "X" sosial şəbəkə hesabında dərc olunmuş açıqlamada bildirilib.

"Starlink" Venesuelada baş verən dağıdıcı zəlzələlərdən zərər çəkmiş yeni və mövcud müştərilər üçün 25 iyul tarixinə qədər pulsuz xidmətlər göstərir", - açıqlamada deyilir.

Venesuelada zəlzələ nəticəsində ölənlərin sayı artaraq 188 nəfərə çatıb, daha 1 520 nəfər yaralanıb. Bolivar Respublikası Milli Assambleyasının sədri Xorxe Rodrigesin sözlərinə görə, təxminən 157 nəfər itkin düşmüş hesab olunur, 200-dən çox insan 250-yə yaxın binanın dağıntıları altındadır.

44 - Tezliklə