Şri-Lankanın qərbindəki həbsxanada iğtişaşlar səbəbindən ölənlərin sayı 25-ə çatıb - YENİLƏNİB
- 06 iyul, 2026
- 14:03
Yeniliklərdən dərhal xəbərdar olun!
Neqombodakı (Şri-Lanka) həbsxanada baş verən iğtişaşlar nəticəsində ölənlərin sayı 25-ə, yaralıların sayı isə 100-ə çatıb.
"Report" xəbər verir ki, bu barədə xarici media yerli polisə istinadən məlumat yayıb.
Ölənlər arasında 5 nəfər həbsxana əməkdaşıdır.
Bildirilib ki, gərginliyi azaltmaq məqsədilə məhbusların Neqombodakı həbsxanadan digər cəzaçəkmə müəssisələrinə köçürülməsi üçün tədbirlər görülür.
Şri-Lankanın qərbindəki Neqombo şəhərində həbsxanada baş qaldıran iğtişaşlar nəticəsində 19 nəfər ölüb.
"Report" xəbər verir ki, bu barədə yerli polisə istinadən "Sinxua" agentliyi məlumat yayıb.
Bundan əlavə, bildirilib ki, azı 50 nəfər yaralanıb, onlar xəstəxanaya yerləşdirilib.
Qeyd edilib ki, ölənlər və yaralananlar arasında həbsxana əməkdaşları və təhlükəsizlik qüvvələri var.
İğtişaşlar iyulun 5-i saat 13:00 radələrində başlayıb, daha sonra vəziyyəti nəzarət altına almaq mümkün olub. Lakin bu gün səhər saatlarında zorakılıq yenidən alovlanıb.