Şri-Lankada "Ditvah" qasırğası nəticəsində ölənlərin sayı 465-ə çatıb – YENİLƏNİB

Digər ölkələr
  • 02 dekabr, 2025
  • 20:16
Şri-Lankada Ditvah qasırğası nəticəsində ölənlərin sayı 465-ə çatıb – YENİLƏNİB

Şri-Lankada "Ditvah" qasırğası nəticəsində baş verən torpaq sürüşmələri və daşqınlar zamanı ölənlərin sayı 465 nəfərə çatıb.

"Report" xəbər verir ki, bu barədə ölkənin Təbii Fəlakətlərin İdarə Edilməsi Mərkəzinin məlumatında bildirilib.

"Daha 366 nəfər isə hələ də itkin düşmüş hesab olunur", – deyə məlumatda bildirilir.

Xilasetmə xidmətləri axtarış işlərini davam etdirir və zərərçəkmiş bölgələrin sakinlərinə yardım göstərirlər.

Şri-Lankada "Ditvah" qasırğası nəticəsində baş verən torpaq sürüşmələri və daşqınlar zamanı 410 nəfər ölüb.

"Report" xəbər verir ki, bu barədə ölkənin Təbii Fəlakətlərin İdarə Edilməsi Mərkəzinin məlumatında bildirilib.

Məlumata görə, daha 366 nəfər itkin düşüb.

Təbii fəlakət ölkənin 25 bölgəsini əhatə edib.

Ümumilikdə Şri-Lankada əlverişsiz hava şəraitindən 1 milyon 466 min 615 nəfər zərər çəkib.

Xilasetmə xidmətləri axtarış işlərini davam etdirir.

Son xəbərlər

Bütün Xəbər Lenti