Şri-Lankada daşqın və torpaq sürüşməsi nəticəsində 36 nəfər ölüb
Digər ölkələr
- 18 may, 2016
- 16:38
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 18 may. REPORT.AZ/ Şri-Lankada daşqın və torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 36 nəfərə çatıb, yüzlərlə insan itkin düşmüş hesab olunur.
"Report" "RİA Novosti"yə istinadən məlumat verir ki, bu gün səhər saatlarında leysan yağışları nəticəsində Keqalle əyalətindəki bir neçə kənddə torpaq sürüşməsi baş verib, xeyli ev dağıntılar altında qalıb. Son məlumata görə, xilasedicilər dağıntılar altından 17 nəfərin cəsədini çıxarıblar. İndiyədək 180 nəfəri xilas etmək mümkün olub, 200-dən çox ailənin axtarışları davam edir.
Bundan əlavə, ölkənin digər hissəsində baş vermiş daşqın nəticəsində 19 nəfər ölüb. Şri-Lanka hakimiyyəti ölkənin daha 9 rayonunda sürüşmə təhlükəsi ilə bağlı xəbərdarlıq edib.
Son xəbərlər
22:25
Corciya ştatında baş verən atışmada iki nəfər ölüb, 35 nəfər yaralanıb
Digər ölkələr22:09
Foto
Azərbaycan Meksikada keçirilən Ümumdünya İrs Şəhərləri Festivalında təmsil olunub
Xarici siyasət21:56
Rayt: Tramp Rusiyadan neft alanlara qarşı sanksiyalar barədə qərarı son anda verəcək
Digər ölkələr21:43
Bosniya və Herseqovinada ümumi seçkilərdə səsvermə başa çatıb
Digər ölkələr21:23
Video
Müdafiə Nazirliyi həftəlik icmalını yayıb
Hərbi21:11
İranın neft naziri istefa verib
Region20:59
Tailandda daşqınlar 3,26 milyondan çox insana təsir göstərib
Digər ölkələr20:44
İran ABŞ ilə münaqişə fonunda raketlərinin mənzilini artırmaq üçün işə başlayıb
Region20:31