Şri-Lanka nüvə sınaqlarının hərtərəfli qadağası haqqında müqaviləni ratifikasiya edib

Digər ölkələr
  • 26 iyul, 2023
  • 18:46
Şri-Lanka nüvə sınaqlarının hərtərəfli qadağası haqqında müqaviləni ratifikasiya edib

Şri-Lanka Nüvə sınaqlarının hərtərəfli qadağası haqqında Müqaviləni ratifikasiya edərək bu sənədin tamhüquqlu iştirakçısına çevrilib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə ada dövlətinin Xarici İşlər Nazirliyinin press-relizində bildirilib.

“Şri-Lanka nüvə sınaqlarının hərtərəfli qadağan edilməsi haqqında müqavilənin ratifikasiya sənədini 25 iyul 2023-cü il tarixində BMT-nin Nyu-Yorkdakı Baş Qərargahında BMT-nin Hüquq Məsələləri İdarəsinə təqdim edərək nüvə sınaqlarının hərtərəfli qadağan edilməsi haqqında müqaviləni ratifikasiya edən 178-ci dövlət oldu. Ratifikasiya sənədinin saxlanca verilməsi Şri-Lankanın statusunu müqaviləni imzalayan dövlətdən tamhüquqlu üzv statusuna yüksəldir”, - nazirlikdən vurğulayıblar.

Şri-Lanka hökuməti nüvə sınaqlarının hərtərəfli qadağan edilməsi haqqında müqavilənin ratifikasiyası təklifini iyunun əvvəlində təsdiqləyib. Xarici işlər naziri Əli Səbri o zaman bildirmişdi ki, bu müqavilənin təşkili dünyanı nüvə təhlükələrindən qorumaqda həlledici rol oynayır. Səbrinin sözlərinə görə, Şri-Lanka nüvə silahının yayılmaması və tərksilahın güclü tərəfdarıdır və münaqişə və zorakılıqdan uzaq qlobal nizamın tərəfdarıdır.

44 filmi