Şoyqu: Hörmüz boğazının bağlanması gündəlik 7 milyard dollar ziyan vurur
- 05 mart, 2026
- 16:12
Yeniliklərdən dərhal xəbərdar olun!
Hörmüz boğazının bir gün bağlanması 7 milyard dollar məbləğində zərər vurur.
"Report" "İnterfaks"a istinadən xəbər verir ki, bu barədə Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu bildirib.
"Təsəvvür edə bilərsiniz mi, boğazın (Hörmüz – red.) bağlanmasından bir gün keçir - bu, hamı üçün təxminən 7 milyard dollar itki deməkdir", - Şoyqu jurnalistlərə deyib.
SEPAH martın 4-də bildirib ki, Hörmüz boğazına tam nəzarət edir və oradan keçməyə cəhd edən istənilən gəmi raketlər və ya pilotsuz uçuş aparatları tərəfindən vurulma riski ilə üzləşir.
Fevralın 28-i səhər saatlarında ABŞ və İsrail İrana bir sıra hava zərbələri endirib. Cavab olaraq İran İsrailə qarşı raket hücumu həyata keçirib, həmçinin bir sıra Fars körfəzi ölkələrində və Yaxın Şərqdə yerləşən ABŞ hərbi bazalarına zərbələr endirib.