Sorğu: Makronun reytinqi düşməkdə davam edir
- 23 noyabr, 2025
- 05:38
Ölkə daxilində təhlükəsizliklə bağlı narahatlıqlar Fransa Prezidenti Emmanuel Makronun cəmiyyətindəki nüfuzuna zərbə vurur.
"Report" xəbər verir ki, bu barədə "Le Journal du Dimanche" qəzeti Fransa İctimai Rəy İnstitutunun (IFOP) keçirdiyi sorğunun məlumatlarına istinadən məlumat yayıb.
Qeyd olunub ki, ölkənin daxili təhlükəsizliyi Makronu narahat edən məsələ olaraq qalır. Belə ki, prezidentlərin 15 səfərinə baxmayaraq Marseldə narkotik vasitələrin qanunsuz dövriyyəsi hələ də səngiməyib. Bundan əlavə, geniş "Böyük Marsel" şəhərsalma planı gözlənilən nəticəni verə bilməyib. Sorğuya əsasən, respondentlərin 16%-i Makronun prezident kimi fəaliyyətindən razı olsa da, 84%-i isə ona mənfi qiymət verib.
Qəzet qeyd edib ki, narazı seçicilərin ümumi nisbəti oktyabrda keçirilən sorğu ilə müqayisədə dəyişməz qalıb, lakin Makrondan "qəti şəkildə narazı olanların" payı 56%-ə (+2 faiz bəndi) yüksəlib. İnstitutun direktoru Frederik Dabie əmindir ki, Makron bu seçiciləri "geri qazana bilməz".
Prezidentin təyin etdiyi baş nazir Sebastien Lekornu da 66% mənfi cavab alaraq (bir ayda +4 faiz bəndi) prezidentin qeyri-populyarlığının qurbanı olub. Qəti şəkildə narazı olanların payı sabit olaraq qalır (25%) və o, hələ də siyasi qüvvələrlə dialoq aparmağa qadir hesab edilir, lakin Lekornu Makrona həddən artıq loyallıq və nəticələrin olmaması ittihamları ilə üzləşməyə başlayıb.
Nəşri həmçinin onun 2026-cı il büdcə qanun layihəsinə düzəliş etməklə mübahisəli pensiya islahatını dayandırmaq üçün atdığı addımın tamamilə diqqətdən kənarda qalmasını təəccübləndirir.
Lakin qanun layihəsinin təqdim olunduğu Senatda (parlamentin yuxarı palatası) artıq bu düzəlişin ləğv olunacağı vəd edilib və onun büdcənin yekun variantında qalıb-qalmayacağı bəlli deyil. Sorğu noyabrın 13-dən 21-dək 2000 fransız arasında aparılıb.