Somalidə partlayış olub, 5 nəfər ölüb
Digər ölkələr
- 29 mart, 2021
- 09:14
Somalinin paytaxtı Moqadişoda yolda quraşdırılmış əldəqayrma bombanın partlaması nəticəsində azı 5 nəfər ölüb.
“Report” xəbər verir ki, məlumatı TASS yayıb.
Bildirilib ki, terrorçuların hədəfində Moqadişonun Daynil rayonundakı adı açıqlanmayan yüksək rütbəli hərbçi olub. Onun taleyindən xəbər yoxdur. Ölənlərin çoxu qadındır.
Məlumata görə, bu yüksək rütbəli hərbçilərə qarşı son 5 gündə edilən üçüncü hücumdur. Martın 25-də Daynil rayonunda Somali Silahlı Qüvvələri başçısının keçmiş müavini, istefada olan briqada generalı Məhəmməd Əli Baris öldürülüb.
Bu hadisədən iki gün sonra Karan rayonunda Somali Silahlı Qüvvələrinin komandirlərindən biri olan Məhəmməd Ərəb Əliyə sui-qəsd edilsə də, o, sağ qalıb.
Son xəbərlər
11:59
Ali Məhkəmə: Valideyn aliment öhdəliyi müqabilində valideynlik hüququndan imtina edə bilməz
Hadisə11:54
Samuxda qidadan zəhərləndiyi ehtimal edilən şəxslərin sayı 9-a çatıb - YENİLƏNİB
Hadisə11:54
Azərbaycanda daha 4 beynəlxalq şirkət ƏDV məqsədi üçün vergi uçotuna alınıb
Biznes11:49
"Neftçi" amerikalı basketbolçu Robert Hovardı heyətinə cəlb edib
Komanda11:45
"Everton"un hücumçusu Martin Şerif futbol matçlarına mərc etməkdə ittiham olunub
Futbol11:45
Məleykə Abbaszadə ixtisas seçimində abituriyentləri diqqətli olmağa çağırıb
Elm və təhsil11:42
Təhsil Tələbə Krediti Fondu auditor seçib
Maliyyə11:38
Azərbaycan İsveçrəyə qızıl tədarükündən qazancını 40 %-dən çox artırıb
Biznes11:37