Somalidə hərbi təlim bazasına hücum olub, 25 əsgər ölüb
Digər ölkələr
- 24 iyul, 2023
- 10:52
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Somalinin paytaxtı Moqadişuda hərbi təlim bazasına intiharçı hücumu nəticəsində 25 əsgər həlak olub.
"Report" xəbər verir ki, Anadolu Agentliyinin müxbirinin yerli Müdafiə Nazirliyi rəsmilərindən aldığı məlumata görə, səhər saatlarında Moqadişonun Hodan rayonundakı Jaalle Siyad Hərbi Akademiyasına intiharçı hücumu həyata keçirilib.
Hücumda 25 əsgər həyatını itirib, 60-a yaxın əsgər isə yaralanıb.
Yaralı əsgərlər Moqadişu Hərbi Tibb Mərkəzi və Rəcəb Tayyib Ərdoğan Təhsil və Araşdırma Xəstəxanasına aparılıb.
Partlayışla bağlı araşdırmalara başlanılıb. Hücuma görə məsuliyyəti "Əş-Şəbab" terror təşkilatı öz üzərinə götürüb.
Son xəbərlər
19:45
Ferstappen "Formula 1" üzrə Sinqapur Qran-prisinin təsnifat mərhələsini qazanıb
Formula 119:37
Uşanqi Kokauri: "Finalda daha çox taktiki səhvlərə yol verdim"
Fərdi19:31
Kənan Nəsibov: "2028-ci il Los-Anceles olimpiadasında Azərbaycana medal gətirəcəyəm"
Fərdi19:28
Rəşad Aslanov: Türk dünyasının gələcəyi gənclərin əməkdaşlığından asılıdır
Region19:18
Azərbaycan cüdoçuları dünya çempionatında fərdi mübarizəni 7 medalla başa vurublar
Fərdi19:10
Kobaxidze: Gürcüstanın Rusiyaya qarşı sanksiyalara qoşulmamaq qərarının düzgün olduğu üzə çıxıb
Region19:08
Mədinə Musayeva: "APOEL-i böyük hesabla məğlub edəcəyimizi gözləmirdim"
Komanda18:57
Azərbaycan Premyer Liqası: "Zirə" evdə "Şamaxı" ilə heç-heçə edib
Futbol18:54
Foto