Somali Prezidenti "Aş-Şabab"a qarşı müharibə elan edib

Digər ölkələr
  • 24 avqust, 2022
  • 01:23
Somali Prezidenti Aş-Şababa qarşı müharibə elan edib

Somali Prezidenti Həsən Şeyx Mahmud "Aş-Şabab" terror qruplaşmasına qarşı müharibə elan edib.

"Report" xəbər verir ki, bu barədə EFE informasiya agentliyi məlumat yayıb.

Dövlət başçısı xalqdan terror qruplaşmasına qarşı əməliyyatlara dəstək verməsini istəyib.

Qeyd edək ki, avqustun 19-da axşam saatlarında terrorçular “Həyat” hotelində partlayışlar törədib, insanları 30 saata yaxın orada girovluqda saxlayıblar. Hadisə nəticəsində azı 21 nəfər ölüb, 117 nəfər yaralanıb. Hotelin binasına ciddi ziyan dəyib. Hücuma görə məsuliyyəti "Aş-Şabab" qruplaşması üzərinə götürüb.