Şolts: “Qərb Rusiyada dəyişikliyə yox, Ukraynanın müdafiəsinə kömək etmək istəyir”
- 28 iyun, 2023
- 23:24
Yeniliklərdən dərhal xəbərdar olun!
“İndi Qərb ölkələrinin məqsədi Putin (Rusiya Prezidenti Vladimir Putin-red) rejimini dəyişdirmək deyil, Ukraynaya Rusiyanın işğalından müdafiə etməkdə kömək etməkdir”.
“Report” “Sky News”a istinadən xəbər verir ki, bunu Almaniya kansleri Olaf Şolts deyib.
Almaniya hökumətinin başçısı vurğulayıb ki, “Vaqner” özəl hərbi şirkətinin banisi Yevgeni Priqojinin üsyanı zamanı Rusiyada rejimin devrilməsinə ümid bəsləmək mənasızdır, çünki belə bir ssenarinin “yaxşı ola biləcəyi faktı yoxdur".
"Vaqner” qoşunları bütün dünyada və bilavasitə Rusiyanın Ukraynaya qarşı müharibəsində çox aqressiv hərəkət edən hərbi birləşmədir", - kansler əlavə edib.
O, həmçinin qeyd edib ki, uğursuz üsyan Rusiya hakimiyyətinin başçısı Vladimir Putini zəiflədib.
"Mən həqiqətən onun zəiflədiyini düşünürəm, çünki bu, avtoritar güc strukturlarında çatların olduğunu və həmişə iddia etdiyi kimi yəhərdə möhkəm olmadığını göstərir", - Şolts vurğulayıb.
Kansler aydınlaşdırıb ki, belə bir vəziyyətin Rusiyanı qoşunlarını Ukraynadan çıxarmağa və sülh danışıqlarına başlamağa vadar edib-etməyəcəyi hələ aydın deyil.