Slovakiya kəşfiyyatının başçısı və polisinin keçmiş rəhbəri həbs edilib
Digər ölkələr
- 03 dekabr, 2020
- 11:54
Slovakiya polisinin keçmiş rəhbəri Milan Luçanski, Kəşfiyyat və əks-kəşfiyyat Xidməti direktorunun müavini Boris Benya korrupsiyada şübhəli bilinərək həbs olunublar.
“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə yerli polis bildirib.
M.Luçanski dekabrın 2-də Xorvatiyaya qaçmışdı. Ancaq dekabrın 3-də Bratislavaya qayıdaraq polisə təslim olub. O, 2018-ci ilin iyunundan 2020-ci ilin avqustunadək Slovakiya polisinə başçılıq edib. Ölkənin M.Luçanskidən əvvəlki polis rəisi Tibor Gaspar da həbs olunub.
Boris Benya ilə birlikdə Slovakiya İnformasiya Xidmətinin (Kəşfiyyat və əks-kəşfiyyat Xidməti) yüksək vəzifəli daha 3 əməkdaşı da həbs edilib.
Onlar Slovakiyada kölgə iqtisadiyyatı ilə əməkdaşlıqda şübhəli bilinirlər.
Son xəbərlər
09:57
Ukrayna səfiri: Azərbaycanla gələcəyə dair aydın baxışımız var
Xarici siyasət09:57
BŞTİ məktəbdə qızlar üçün olan sanitar qovşağın qapısının olmaması iddialarına aydınlıq gətirib
Elm və təhsil09:55
Kamran Əliyev: Azad olunmuş ərazilərdə həyat sürətlə canlanır
Digər09:53
Foto
Azərbaycan millisinin Parisdəki dünya çempionatında medal sayı 3-ə çatıb
Fərdi09:50
Foto
Bakıda evakuator aşıb, yola yağ və yanacaq dağılıb - YENİLƏNİB
İnfrastruktur09:48
Türkiyədə silah qaçaqmalçılığına qarşı əməliyyatda 135 nəfər saxlanılıb
Region09:45
Foto
Azərbaycan Mərkəzi Bankının sədri özünə daha bir müşavir təyin edib
Maliyyə09:42
Foto
Baş Prokurorluq Zəngilanda Zəfərin beş illiyinə həsr olunan konfrans keçirir
Daxili siyasət09:38