Macarıstan və Slovakiya Rusiyaya qarşı 18-ci sanksiya paketinin qəbul edilməsini bloklayıb

Digər ölkələr
  • 23 iyun, 2025
  • 14:44
Macarıstan və Slovakiya Rusiyaya qarşı 18-ci sanksiya paketinin qəbul edilməsini bloklayıb

Macarıstan və Slovakiya Avropa İttifaqının Rusiyaya qarşı 18-ci sanksiya paketinin qəbul edilməsini bloklayıb.

"Report"un Rusiya KİV-lərinə istinadən məlumatına görə, bu barədə Macarıstanın xarici işlər naziri Peter Siyarto bildirib.

O bildirib ki, Budapeşt və Bratislava belə bir qərar qəbul ediblər: “Çünki paralel olaraq Aİ onlara Rusiya enerji resurslarını almağı qadağan etmək istəyir”.