Misirdə buraxılış məntəqəsinə hücum olub, 10 polis öldürülüb
Digər ölkələr
- 05 iyun, 2019
- 08:23
Misirdə silahlı dəstə nəzarət-buraxılış məntəqəsinə hücum edib, hüquq-mühafizə orqanlarının 10 əməkdaşı öldürülüb.
"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə ölkə televizyası məlumat yayıb.
Bildirilib ki, hadisə Sinay yarımadasının şimalındakı əl-Ariş şəhəri ətrafında baş verib. Misir ordusu terrorçuların tutulması və zərərsizləşdirilməsi istiqamətində əməliyyat keçirir. Həmçinin 5 terrorçunun məhv edildiyi deyilir.
Bir müddət əvvəl “Sky News Arabia” Misirin təhlükəsizlik orqanlarına istinadən nəzarət-buraxılış məntəqəsinə hücum nəticəsində 10-14 nəfərədək məmurun öldüyü barədə məlumat yaymışdı.
Hücumu terrorçu İŞİD qruplaşmasının “Vilayət-e-Sina” adlı qolunun törətdiyi ehtimal olunur.
Son xəbərlər
08:24
CENTCOM: ABŞ İranın blokadası çərçivəsində 82 ticarət gəmisinin istiqamətini dəyişdirib
Digər ölkələr08:08
ABŞ İraqın sabiq maliyyə nazirinin vizasını ləğv edib
Digər ölkələr07:56
Britaniyada xristian festivalında lövhənin düşməsi nəticəsində bir nəfər ölüb
Digər ölkələr07:45
Tərtərdə kişi su kanalında boğulub
Hadisə07:28
Adana vilayətində axtarışda olan 35 şübhəli saxlanılıb
Region07:14
"Fars": İran Hörmüz boğazına alternativ olaraq Xəzər dənizini nəzərdən keçirir
Region06:57
"NY Post": Corc Sorosun yaratdığı fondda yoxlamalar aparılacaq
Digər ölkələr06:40
PSJ "Park de Prens"dəki qazonun vəziyyətinə görə 150 min avro cərimələnib
Futbol06:12