Şimali və Cənubi Koreya oktyabrın 26-da hərbi danışıqlar keçirəcək

Digər ölkələr
  • 22 oktyabr, 2018
  • 05:51
Şimali və Cənubi Koreya oktyabrın 26-da hərbi danışıqlar keçirəcək

Bakı.22 oktyabr. REPORT.AZ/ Koreya Xalq Demokratik Respublikası (KXDR) və Cənubi Koreya generallar səviyyəsində hərbi danışıqlaraparmaq üçün vaxt təyin ediblər. Danışıqlar oktyabrın 26-da Phammuncom sərhəd məntəqəsindəkeçiriləcək.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə bazar ertəsi CənubiKoreyanın Müdafiə Nazirliyindən bildirilib.

GörüşdəCənub və Şimalın birgə hərbi komissiyasının yaradılması və işi, hərbsizləşdirilmişzonada 1950-1953-cü illərdəki Koreya müharibəsində ölmüş əsgərlərin qalıqlarınınbirgə axtarışı üzrə təkliflərin müzakirə olunacağı güman edilir.

Qeydedək ki, KXDR nümayəndə heyətinə general-mayor An İk San başçılıq edəcək, KoreyaRespublikasını isə general-mayor Kim Do Qyun təmsil edəcək.