Şimali Koreya Yapon dənizinə doğru ballistik raketlər atıb

Digər ölkələr
  • 04 yanvar, 2026
  • 04:50
Şimali Koreya Yapon dənizinə doğru ballistik raketlər atıb

Şimali Koreya Yapon dənizinə doğru ballistik raket atıb.

"Report" xəbər verir ki, bu barədə Cənubi Koreyanın "Yonhap" agentliyi Birləşmiş Qərargah Rəisləri Komitəsinə istinadən məlumat yayıb.

Nəşr qeyd edib ki, hadisə açılışı Cənubi Koreya prezidenti Li Çje Myonqun Çin sədri Si Cinpinin dəvəti ilə Çinə üç günlük dövlət səfərinin başlaması ilə eyni vaxta təsadüf edib.

Daha sonra Yaponiya Sahil Mühafizəsi Şimali Koreyanın başqa bir ehtimal edilən raket buraxılışı barədə məlumat verib və raketlərin çox güman ki, artıq düşdüyünü bildirib.

Öz növbəsində Yaponiya Müdafiə Nazirliyi isə vurğulayıb ki, Şimali Koreya tərəfindən buraxılan iki ballistik raket ölkənin müstəsna iqtisadi zonasından kənarda, Yapon dənizinə düşüb. Nazirlik bildirib ki, buraxılışdan sonra hər hansı dağıntı qeydə alınmayıb.

Son xəbərlər

Bütün Xəbər Lenti