Şimali Koreya rəhbəri 15 yüksək vəzifəli məmurun edamı haqda əmr verib

Digər ölkələr
  • 29 aprel, 2015
  • 08:13
Şimali Koreya rəhbəri 15 yüksək vəzifəli məmurun edamı haqda əmr verib

Bakı. 29 aprel. REPORT.AZ/ Şimali Koreyanın lideri Kim Çen İn 15 yüksək vəzifəli məmurun edam edilməsi haqda əmr verib.

"Report" "yonhapnews"a istinadən xəbər verir ki, bu haqda Cənubi Koreyanın kəşfiyyat xidməti məlumat yayıb. Edam hökmü bu ilin sonunadək icra olunmalıdır.