Sibiqa: Zelenski ədalətli sülhün yaxınlaşması prosesinə cəlb olunub
- 09 yanvar, 2026
- 19:47
Ukrayna Prezidenti Volodimir Zelenski ədalətli sülhün yaxınlaşması prosesinə cəlb olunub və Ağ Evdən siqnal gələcəyi təqdirdə ABŞ ilə danışıqları davam etdirməyə hazırdır.
"Report" Ukrayna KİV-lərinə istinadən xəbər verir ki, bunu Ukraynanın xarici işlər naziri Andrey Sibiqa çexiyalı həmkarı Petr Matsinkanın iştirakı ilə keçirilən brifinqdə deyib.
O vurğulayıb ki, Zelenski Parisdə ABŞ ilə danışıqların nəticələri barədə Ukrayna nümayəndə heyətindən ətraflı hesabat gözləyir. Sibiqanın sözlərinə görə, görüşlərdən sonra bir neçə istiqamət üzrə irəliləyiş qeydə alınıb.
Nazir əlavə edib ki, Ukrayna ABŞ-nin Konqresdə müvafiq razılaşmaları ratifikasiya etməyə hazır olmasına dair siqnallar alıb. Vaşinqtonun qərarı müsbət olarsa, Zelenski və Ukrayna nümayəndə heyəti danışıqları davam etdirmək üçün ABŞ-yə getməyə hazırdır.