Sibiqa: AEBA və Aİ Rusiyanın Çernobıl AES yaxınlığındakı yanacaq anbarına hücumunu pisləyib

Digər ölkələr
  • 10 iyun, 2026
  • 21:33
Sibiqa: AEBA və Aİ Rusiyanın Çernobıl AES yaxınlığındakı yanacaq anbarına hücumunu pisləyib

Avropa İttifaqı (Aİ) və 47 dövlət Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) Rəhbərlər Şurasının iclasında Rusiyanın Ukraynanın Çernobıl Atom Elektrik Stansiyası (AES) yaxınlığında yerləşən işlənmiş nüvə yanacağı üzrə mərkəzləşdirilmiş anbarına hücumunu pisləyib.

"Report" xəbər verir ki, bu barədə Ukraynanın xarici işlər naziri Andrey Sibiqa "X" sosial şəbəkəsində bildirib.

Onun sözlərinə görə, bu hücum onu göstərir ki, Rusiya Ukraynaya qarşı müharibə zamanı nüvə təhlükəsizliyini və mühafizəsini sarsıtmağa davam edir.

O, həmçinin Ukraynanın mülki obyektlərinə və nüvə infrastrukturuna endirilən zərbələrin dayandırılması, eləcə də Zaporojye AES-in Ukraynaya qaytarılması məqsədilə Moskvaya təzyiqlərin gücləndirilməsinin vacibliyini bəyan edib.

44 - Tezliklə