Si Cinpin ABŞ ilə münasibətdə Tayvan məsələsinin əhəmiyyətini vurğulayıb

Digər ölkələr
  • 04 fevral, 2026
  • 21:01
Si Cinpin ABŞ ilə münasibətdə Tayvan məsələsinin əhəmiyyətini vurğulayıb

Tayvan məsələsi Çin-ABŞ münasibətlərinin dinamikasında əsas amildir.

"Report" Çin Mərkəzi Televiziyasına istinadən xəbər verir ki, bu barədə Çin sədri Si Cinpin ABŞ Prezidenti Donald Trampla telefon danışığı zamanı bildirib.

O qeyd edib ki, ABŞ Tayvana silah satışı məsələsinə ehtiyatla yanaşmalıdır.

"Tayvan məsələsi Çin-ABŞ münasibətlərində ən vacib amildir. Tayvan Çinin ərazisidir və biz öz milli suverenliyimizi və ərazi bütövlüyümüzü qorumalıyıq. ABŞ Tayvana silah satışına ehtiyatla yanaşmalıdır", - Si Cinpin vurğulayıb.

O həmçinin qeyd edib ki, Çin və ABŞ qarşılıqlı etimadı möhkəmləndirməli və artıq bu il dinc yaşama yoluna qədəm qoymalıdır.

"Biz hər bir məsələni ayrı-ayrılıqda həll etməli, qarşılıqlı etimadı daim möhkəmləndirməli və sülh içində yaşamağa doğru düzgün yol açmalıyıq ki, 2026-cı il iki ən böyük dövlətin – Çin və ABŞ-nin qarşılıqlı hörmət və faydalı əməkdaşlığa doğru irəliləyəcəyi il olsun", - Çin lideri bildirib.

Son xəbərlər

Bütün Xəbər Lenti