"Shell" Qətərdəki qaz zavoduna dəyən ziyanı qiymətləndirir

Digər ölkələr
  • 19 mart, 2026
  • 17:23
Shell Qətərdəki qaz zavoduna dəyən ziyanı qiymətləndirir

Britaniyanın "Shell PLC" enerji şirkəti İranın raket hücumu nəticəsində Qətərdəki mayeləşdirilmiş qaz zavoduna dəyən ziyanı qiymətləndirir.

"Report" şirkətə istinadən xəbər verir ki, söhbət "Pearl GTL" müəssisəsindən gedir.

"Hazırda biz "Pearl GTL"ə dəyən potensial ziyanı qiymətləndiririk və Ras-Laffan sənaye şəhərinin obyektlərinə dəyən zərərin miqyasını müəyyənləşdirmək üçün "QatarEnergy" və müvafiq hakimiyyət orqanları ilə işləyirik", - deyə bəyanatda bildirilir.

"Shell" qeyd edib ki, obyektdə olan bütün əməkdaşlar üçün təhlükə yoxdur.

"Pearl GTL" müəssisəsində baş vermiş insident nəticəsində başlayan yanğın tez bir zamanda söndürülüb. Vəziyyət nəzarət altındadır, "Pearl GTL" təhlükəsiz vəziyyətə gətirilib. Ziyanı qiymətləndirmək üçün bütün müəssisədə istehsal dayandırılıb", - şirkətdən bildiriblər.

Qeyd olunur ki, "Pearl GTL" iki texnoloji xəttdən ibarətdir və qazdan sutkada təxminən 140 min barel neft ekvivalentində sintetik yanacaq istehsal edir.