Səudiyyə Kralı XİN başçısını işdən çıxarıb, vəliəhd oğluna yeni vəzifə verib

Digər ölkələr
  • 27 dekabr, 2018
  • 13:36
Səudiyyə Kralı XİN başçısını işdən çıxarıb, vəliəhd oğluna yeni vəzifə verib

Bakı. 27 dekabr. REPORT.AZ/ Səudiyyə Ərəbistanın Kralı Salman bin Əbdüləziz al-Səud vəliəhd oğlu, şahzadə Məhəmməd bin-Salmana yeni vəzifə verib.

“Report” “Haber7”yə istinadən xəbər verir ki, Kral oğlunu Mili Kosmik Agentliyin rəhbər təyin edib.

Salman bin Əbdüləziz al-Səudun digər əmri ilə ölkənin xarici işlər naziri Adil əl-Cübeyr tutduğu vəzifədən azad edilib. XİN başçısı vəzifəsinə İbrahim Əbdüləziz əl-Assaf təyin olunub.

Kral Səudiyyə Ərəbistanının Britaniyadakı səfiri şahzadə Məhəmməd bin-Naufu da tutduğu vəzifədən azad edib.

44 - Tezliklə