Səudiyyə kralı İranla bağlı sammitdə iştirak etməyəcək

Digər ölkələr
  • 11 may, 2015
  • 01:45
Səudiyyə kralı İranla bağlı sammitdə iştirak etməyəcək

Bakı. 11 May. REPORT.AZ/ ABŞ prezidenti Barak Obamanın sədrliyi ilə mayın 12-də keçiriləcək 6 ərəb dövləti liderinin İranın nüvə proqramına dair zirvə görüşündə Səudiyyə Ərəbistanının kralı iştirak etməyəcək. "Report" BBC-yə istinadən xəbər verir ki, bu qərarı kral Abdullah ibn Əbdüləziz əs-Səud şəxsən açıqlayıb.

Zirvədə ər-Riyad vəliəhd-şahzadə səviyyəsində təmsil olunacaq.

Qeyd edək ki, Küveyt və Qətər liderləri ABŞ-ın Obamanın təklifinə müsbət yanaşıblar. Səudiyyə Ərəbistanı daxil digər 4 dövlət isə daha aşağı səviyyədə təmsil olunacaq

44 - Tezliklə