Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiya Yəməndə husilərin 300 hədəfini vurub

Digər ölkələr
  • 05 oktyabr, 2026
  • 13:44
Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiya Yəməndə husilərin 300 hədəfini vurub

Səudiyyə Ərəbistanının başçılıq etdiyi hərbi koalisiya Yəməndə husilərin 300-dən çox mühüm hədəfini vurub.

"Report" xəbər verir ki, bu barədə "Al Jazeera" telekanalı məlumat yayıb.

"Biz qurudakı Yəmən silahlı qüvvələrinə gecə-gündüz hava dəstəyi göstəririk", - koalisiyanın birləşmiş qüvvələrinin nümayəndəsi, general-mayor Türki əl-Maliki "X" telekanalının efirində bildirib.

"Hərəkət edən hədəflərlə iş davam edir", - deyən hərbçi bu gün səhər 100-dən çox qırıcının "Yəmən şəfəqi" əməliyyatında iştirak etdiyini əlavə edib.

44 - Tezliklə