​Səudiyyə Ərəbistanında zavodda yanğın nəticəsində 12 nəfər ölüb

Digər ölkələr
  • 16 aprel, 2016
  • 22:32
​Səudiyyə Ərəbistanında zavodda yanğın nəticəsində 12 nəfər ölüb

Bakı. 17 aprel. REPORT.AZ/Səudiyyə Ərəbistanının Əl Cubayt şəhərindəki zavoddada yanğın baş verib. "Report"un xarici mətbuata istinadən verdiyi məlumata görə, hadisə kimya zavodunda olub.

Nəticədə 12 nəfər ölüb, 10-dan çox adam müxtəlif cür xəsarət alıb.

Hadisənin yanğın texniki xidmət işləri zamanı baş verdiyi bildirilir. 

Yanğının baş vermə səbəbləri ilə bağlı araşdırmalara başlanılıb.