Səudiyyə Ərəbistanında polisə hücum olub, 3 nəfər öldürülüb, 4 nəfər yaralanıb

Digər ölkələr
  • 20 aprel, 2018
  • 07:25
Səudiyyə Ərəbistanında polisə hücum olub, 3 nəfər öldürülüb, 4 nəfər yaralanıb

Bakı. 20 aprel. REPORT.AZ/ Səudiyyə Ərəbistanının cənub-qərbində təhlükəsizlik qüvvələrinə edilən silahlı hücum nəticəsində 3 nəfər öldürülüb, 4 nəfər yaralanıb.

“Report” “Anadolu” agnetliyinə istinadən xəbər verir ki, bunu krallığın Daxili İşlər Nazirliyinin sözçüsü general Mansur ət-Türki bildirib.

Onun sözlərinə görə, əl-Macaride ilə Barik vilayətləri arasındakı nəzarət məntəqəsində gündüz saatlarında naməlum şəxslər tərəfindən polisə silahlı hücum olub. Nəticədə təhlükəsizilik qüvvələrinin 3 əməkdaşı öldürülüb, 4-ü yaralanıb. Hücum etməkdə şübhəli bilinən 2 nəfər tutulub. Onların kimliyi araşdırılır.

Bildirilib ki, polisə atəş açan şəxslərdən biri öldürülüb. Onun Səudiyyə Ərəbistanı vətəndaşı Bəndər Muhammed Ali olduğu müəyyən edilib. 

44 - Tezliklə