Səudiyyə Ərəbistanı İraqda yenidən səfirlik açır
Digər ölkələr
- 03 yanvar, 2015
- 13:44
Bakı. 3 yanvar. REPORT.AZ/ Səudiyyə Ərəbistanı İraqın paytaxtı Bağdad şəhərində yenidən səfirlik, Ərbil şəhərində isə konsulluq açacaq. "Report"un məlumatına görə, bu barədə Səudiyyə Ərəbistanının rəsmi xəbər agentliyi (SPA) məlumat yayıb.
Xəbərdə hər iki ölkə arasında bununla bağlı razılaşma əldə olunduğu bildirilib.
Məlumatda həmçinin uzunmüddətli fasilədən sonra Səudiyyə Ərəbistanının İraqda yenidən açılması planlaşdırılan diplomatik missiyalarının texniki infrastruktur işləri ilə bağlı nümayəndə heyətin bu həftə Bağdada göndəriləcəyi qeyd olunub.
Qeyd edək ki, Səudiyyə Ərəbistanı 1990-cu ildə Səddam Hüseyn dövründə İraqın Küveyti işğal etməsi və rəsmi ər-Riyadı təhdid etməsi səbəbindən Bağdaddakı səfirliyini bağlamışdı.
Son xəbərlər
14:00
"Milan" "Arsenal"ın hücumçusu Qabriel Jezusu transfer etmək istəyir
Futbol13:55
Naxçıvanın bəzi ərazilərində elektrik enerjisinin verilişində müvəqqəti fasilə olacaq
Energetika13:21
Bakıda və rayonlarda külək güclənəcək - XƏBƏRDARLIQ
Ekologiya13:20
Ötən gün qanunsuz saxlanılan 14 tüfəng aşkarlanıb
Hadisə13:20
Cari mövsüm "Qarabağ"ın oyununu idarə etmiş Roman Jitari bu dəfə "Zirə"nin matçına təyinat alıb
Futbol13:20
Azərbaycandakı bankların nizamnamə kapitalının məbləğinə görə renkinqi (01.07.2026)
Maliyyə13:15
ABŞ İranın Buşehr və Hörmüzqan əyalətlərinə zərbələr endirib
Digər ölkələr13:08
Müctəba Xamenei müharibə bitənə qədər ictimaiyyət qarşısına çıxmayacaq
Region13:02