Səudiyyə Ərəbistanı aviaşirkəti 27 ildən sonra İraqa uçuşları bərpa edib

Digər ölkələr
  • 30 oktyabr, 2017
  • 07:27
Səudiyyə Ərəbistanı aviaşirkəti 27 ildən sonra İraqa uçuşları bərpa edib

Bakı. 30 oktyabr. REPORT.AZ/ "Saudi Arabian Airlines" bu gün 27 illik fasilədən sonra ilk dəfə İraqa müntəzəm uşuşları bərpa edib.

"Report" SPA agentliyinə istinadən xəbər verir ki, Ciddədən Bağdada ilk uçuşda şirkətin baş direktoru Saleh bin Nasser əl-Casser də iştirak edib.

Xatırladaq ki, Səudiyyə Ərəbistanı ilə İraq arasında hava əlaqəsi 1990-cı ildə - keçmiş İraq Prezidenti Səddam Hüseyn Küveyti işğal edən zaman kəsilib. Bu ilin avqust ayında hər iki ölkə Arar şəhərində sərhəd keçid məntəqisinin açılışına razılıq verib.

44 - Tezliklə