Sergey Lavrov özünü Rusiya prezidentliyinə namizəd qismində görmür

Digər ölkələr
  • 01 sentyabr, 2017
  • 12:05
Sergey Lavrov özünü Rusiya prezidentliyinə namizəd qismində görmür
REPORT / Firi Salim

Bakı. 1 sentyabr. REPORT.AZ/ Rusiyanın xarici işlər naziri Sergey Lavrov özünü Rusiya prezidentliyinə namizəd qismində görmür.

"Report"un "İnterfaks"a istinadən verdiyi xəbərə görə, o deyib ki, ona Rusiyanın hazırkı Prezidenti Vladimir Putinlə işləmək çox rahatdır.

"Açıq demək istəyirəm ki, Rusiyanın hazırkı Prezidenti Vladimir Putinlə işləmək mənim üçün çox rahat və xoşdur", - S.Lavrov deyib.