Suşilu Karki Nepalın müvəqqəti baş naziri təyin edilə bilər
Digər ölkələr
- 12 sentyabr, 2025
- 11:06
Nepal Prezidenti Ram Çandra Paudel Ali Məhkəmənin keçmiş sədri Suşilu Karkinin müvəqqəti baş nazir vəzifəsinə təyin edilməsinə ilkin razılıq verib.
"Report" xəbər verir ki, bu barədə "Nepal News" portalı məlumat yayıb.
Portal qeyd edib ki, Nepal konstitusiyasına əsasən, ölkənin baş naziri vəzifəsini nümayəndələr palatasının deputatı olmayan namizəd tuta bilməz. İstisna hal qanunverici orqanın buraxılması ola bilər. Jurnalistlər iddia edirlər ki, hazırda Paudel parlamentin buraxmadan Karkinin təyin edilməsi üçün alternativ həllər axtarır.
"Danışıqlar irəliləyir, lakin hələ yekun qərar yoxdur", - məlumatda bildirilib.
Son xəbərlər
11:04
Foto
Ceyhun Bayramov Kiyevdə Ukrayna PUA-larının sərgisi ilə tanış olub
Xarici siyasət11:04
"Qaçqınkom": Vahid aylıq müavinət "məcburi köçkün" statusu olanların heç də hamısına təyin edilmir
Daxili siyasət11:03
Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsi davam etdirilir
Daxili siyasət10:57
"Unibank"ın səhmdarlarının yığıncağı keçiriləcək
Maliyyə10:52
Foto
Azərbaycan gömrükçüləri İrandan Gürcüstana aparılan tiryəki aşkar edib
Biznes10:52
Azərbaycanda 7 ayda büdcədən 192 milyon manata yaxın vəsait geri qaytarılıb
Maliyyə10:48
FHN: Küləkli havada dənizə girmək təhlükəlidir
Daxili siyasət10:46
Azərbaycanda maliyyə institutlarının korporativ idarəetmə standartları gələn aydan dəyişir
Maliyyə10:45