Serbiyanın Aİ-yə üzvlüyü: III klasterin açılması üçün bütün meyarları yerinə yetirib

Digər ölkələr
  • 15 iyul, 2026
  • 23:50
Serbiyanın Aİ-yə üzvlüyü: III klasterin açılması üçün bütün meyarları yerinə yetirib

Avropa Komissiyası Serbiyanın Aİ-yə üzvlüklə bağlı danışıqlarda III klasterin açılması üçün bütün meyarları yerinə yetirdiyini təsdiqləyib.

"Report"un Balkan bürosu xəbər verir ki, bunu Serbiya Prezidenti Aleksandar Vuçiç Kiyevdə Cənub-Şərqi Avropa – Ukrayna Sammitində iştirak etdikdən sonra jurnalistlərə açıqlamasında deyib.

O vurğulayıb ki, hətta bu klaster iyul ayında açılmasa belə, ölkə iqtisadi inkişafını davam etdirəcək və bütün tərəflərlə yaxşı münasibətlər qurmağa çalışacaq:

"Buna görə ümidsizliyə qapılmağa ehtiyac yoxdur. Bu, o qədər də ciddi məsələ deyil və Serbiyaya nə böyük itki, nə də böyük qazanc gətirəcək. Biz işləməyə davam edəcəyik. Əsas məsələ ölkəmizin iqtisadi inkişafını təmin etmək və hamı ilə yaxşı münasibətlər qurmaqdır".

Vuçiç əlavə edib ki, Serbiya Milli Assambleyasının sədri Ana Brnabiç, Serbiyanın Avropa İttifaqı yanında missiyasının rəhbəri və Aİ-yə üzvlüklə bağlı danışıqlarda baş müzakirəçi Danijel Apostoloviç, eləcə də Avropaya inteqrasiya naziri Nemanya Staroviç III klasterin açılması üçün böyük səylər göstəriblər.

44 filmi