Serbiyada leysan yağışları subasmalara səbəb olub
Digər ölkələr
- 03 aprel, 2026
- 23:53
Son bir neçə gündə fasiləsiz yağıntılar səbəbindən Serbiyanın bəzi ərazilərində subasmalar qeydə alınıb.
"Report"un Balkan bürosu xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.
Bildirilib ki, Moraviça və Zlatibor rayonlarında su basmış ərazilərdə əhalinin təhlükəsizliyini təmin etmək üçün DİN-in Fövqəladə Hallar Sektorunun əməkdaşları xidməti vəzifələrini yerinə yetirirlər.
Məlumata görə, su basmış ərazilərdə sürüşmə təhlükəsi ilə əlaqədar da tədbirlər görülür.
Vurğulanıb ki, kənd təsərrüfatı təyinatlı təxminən 350 hektar torpaq su altında qalıb.
Son xəbərlər
07:21
Bill Qeyts süni intellektin bəşəriyyətə təhlükəsi barədə xəbərdarlıq edib
İKT07:00
"Formula 1": Azərbaycan Qran-prisinin qalibi bu gün bəlli olacaq
Formula 106:43
Foto
Ceyhun Bayramov Antonio Quterreşlə Azərbaycanın BMT-də fəal iştirakını müzakirə edib
Xarici siyasət06:28
Pentaqon: İrana qarşı əməliyyatlarda ABŞ-nin 861 hərbçisi yaralanıb
Digər ölkələr06:15
Yeni Kaledoniya sahillərində güclü zəlzələ olub
Digər ölkələr05:41
Yəmən husilərə qarşı ümumi səfərbərlik çağırışı edib
Digər ölkələr05:09
Pezeşkian: İran artıq ABŞ-yə etibar etmir
Region04:38
Mbappe zədə səbəbindən Fransa millisindən ayrılacaq
Futbol04:17