Serbiyada koronavirus qurbanlarının sayı artdı
- 18 aprel, 2020
- 13:46
Şərqi Avropa ölkəsi olan Serbiyada ötən sutka ərzində 7 nəfər koronavirusdan ölüb.
“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu hökumətin mətbuat konfransında səhiyyə nümayəndələri açıqlayıb.
Məlumata görə, ölkədə virus qurbanlarının sayı 117-yə yüksəlib.
Bundan başqa, Serbiyada indiyədək 5 994 nəfərə koronavirus diaqnozu qoyulub.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.
Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 2 275 000-i ötüb. Bunların 582 443 nəfəri sağalıb, 156 104 nəfəri isə ölüb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.