Serbiya Prezidenti vaxtından əvvəl vəzifədən gedə biləcəyini açıqlayıb

Digər ölkələr
  • 06 oktyabr, 2025
  • 00:07
Serbiya Prezidenti vaxtından əvvəl vəzifədən gedə biləcəyini açıqlayıb

Serbiya Prezidenti Aleksandr Vuçiç 2026-cı ilin sonunda səlahiyyət müddətinin vaxtından əvvəl başa çatması, parlament və prezident seçkilərinin eyni vaxtda keçirilməsinin mümkünlüyünü təklif edib.

"Report" xəbər verir ki, bunu Serbiya lideri "Pink" televiziya kanalında açıqlama verib.

"Rəsmi olaraq mandatıma daha bir il yarım qalıb, lakin bu, yəqin ki, daha qısa olacaq", - Vuçiç qeyd edib.

Onun sözlərinə görə, ölkə rəhbərliyi prezident və parlament seçkilərinin eyni vaxtda keçirilməsini nəzərdən keçirir: "Çox güman ki, biz həm prezident, həm də parlament seçkilərini eyni vaxtda keçirəcəyik. 2026-cı ilin dekabrında, bəlkə də bir az əvvəl olacağını gözləyirəm".

Prezident yeni namizədlik naminə konstitusiyaya düzəlişlər etmək fikrində olmadığını vurğulayıb: "Biz Konstitusiyaya dəyişiklik etmək istəmirik və mən yenidən prezidentliyə namizədliyimi irəli sürmək fikrində deyiləm".

Vuçiç ilk dəfə 2017-ci ildə Serbiyanın prezidenti seçilib. O, 2022-ci ildə ikinci müddətə seçilib. Onun səlahiyyət müddəti 2027-ci ildə başa çatır.

Son xəbərlər

Bütün Xəbər Lenti