Serbiya prezidenti Putinlə qazın qiymətini müzakirə etməyi planlaşdırır
Digər ölkələr
- 14 noyabr, 2021
- 02:50
Serbiya prezidenti Aleksandr Vuçiç Rusiya prezidenti Vladimir Putinlə qazın qiymətini və tədarük həcminin artırılmasını müzakirə etməyi planlaşdırdığını bildirib.
Bu barədə “Report” “TASS”a istinadən xəbər verir.
“Əminəm ki, qazla bağlı üç məsələ öz həllini tapacaq. Bu qazın qiyməti və kəmiyyətidir. Bizə daha çox qaz lazımdır. Əvvəllər 1,1 milyard kubmetr qaz istifadə edirdiksə, hazırda bu rəqəm 2,7 milyard kubmetrdir. Biz böyük həcmdə qaz tədarükü ilə bağlı razılığa gəlməliyik, çünki iqtisadiyyatımız sürətlə böyüyür”, - Prezident deyib
Vuçiç onu da qeyd edib ki, Putin çətin şəraitdə Serbiya üçün həmişə anlayış nümayiş etdirib. “Ümid edirəm ki, o, bu dəfə qazın qiyməti və həcmi ilə bağlı bizi də başa düşəcək”.
Son xəbərlər
02:15
Əraqçi: Müharibəyə son qoymaq üçün ABŞ ilə xoşməramlı dialoq aparılıb
Region01:45
Haitidə basabas nəticəsində 25 nəfər ölüb
Digər ölkələr01:32
Qalibaf ABŞ və Avropanı benzinin bahalaşması ilə hədələyib
Region01:01
DMM: Sosial mediada Ərdoğanın adından yayılan ifadələr yalandır
Region00:52
İnfantino İranla ABŞ-nin "DÇ-2026 problemi"ni çözməyə çalışır
Digər ölkələr00:36
Netanyahu "Mossad"ın yeni rəhbərini təsdiqləyib
Digər ölkələr23:55
Demokratlar zorakılıq qalmaqalı fonunda ermənipərəst Suolvelli istefaya çağırıblar
Digər ölkələr23:49
Orban parlament seçkilərində partiyasının məğlubiyyətini etiraf edib
Digər ölkələr23:30