Serbiya Prezidenti parlamentdəki qarşıdurmada xəsarət alan deputata baş çəkib
Digər ölkələr
- 04 mart, 2025
- 18:48
Serbiya Prezidenti Aleksandr Vuçiç bu gün parlamentdə baş vermiş iğtişaşlar zamanı yaralanan deputat Yasmina Obradoviçə xəstəxanada baş çəkib.
“Report” xəbər verir ki, bu barədə Vuçiç sosial şəbəkə hesabında bildirib.
"Yasmina Obradoviçi ziyarət edirəm. Mən onun gücünə inanıram. Yasmina qalib gəlsə, Serbiya da qalib gələcək!" – o, xəstəxana palatasından şəkil yerləşdirərək yazıb.
Xatırladaq ki, Serbiya parlamentində müxalifət nümayəndələri, hakim koalisiya üzvləri və təhlükəsizlik xidməti əməkdaşları arasında qarşıdurma baş verib. Müxalif deputatlar hökumət əleyhinə plakatlar qaldırıb və pirotexniki vasitələr yandırıblar. Hadisə nəticəsində 3 deputat xəsarət alıb.
Son xəbərlər
11:57
İlham Əliyev "Brookfield Asset Management" şirkətinin baş icraçı direktorunu qəbul edib
Daxili siyasət11:55
Azərbaycan-Türkmənistan parlamentlərarası əməkdaşlığı müzakirə olunub
Xarici siyasət11:54
Bakı-Sumqayıt yolunda yeni avtobus zolağı təşkil edilib
İnfrastruktur11:53
"Euronews" rəhbəri: "Azərbaycan uğurlu inkişaf üçün bütün əsaslara malikdir"
Maliyyə11:52
Amulya Pallavi Kolla: "Formula 1" mənə bu yarışı tanımaq və təcrübə qazanmaq üçün əla fürsət oldu"
Formula 111:49
Əfqan İsayev Nyu-Yorkda metan emissiyalarının azaldılmasına dair müzakirələrə qatılıb
Energetika11:44
Foto
İlham Əliyev "Neuberger Berman" şirkətinin sədri və baş icraçı direktorunu qəbul edib
Xarici siyasət11:41
Foto
Azərbaycan Atletika Federasiyasında məşqçilər üçün seminar başa çatıb
Fərdi11:37