Serbiya DİN: Belqradda aksiyada polis əməkdaşı yaralanıb

Digər ölkələr
  • 03 noyabr, 2025
  • 02:48
Serbiya DİN: Belqradda aksiyada polis əməkdaşı yaralanıb

Serbiyanın Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin məlumatına görə, Belqradda parlament binasının qarşısında keçirilən etiraz aksiyasında baş verən toqquşmalar zamanı bir polis əməkdaşı xəsarət alıb.

Bu barədə "Report" yerli mətbuata istinadən xəbər verir.

Nazirliyin məlumatına görə, Knyaz Miloş küçəsində keçirilən elan edilməmiş mitinqdə iştirak edən bir qrup şəxs Pionerlər Parkında razılaşdırılmış toplantıda iştirak edən vətəndaşlara hücum edib. Etirazçılar izdihama müxtəlif əşyalar və fişənglər ataraq çadırlardan birinin alovlanmasına səbəb olublar.

"Vəziyyət vətəndaşların təhlükəsizliyini ciddi şəkildə təhlükə altına alıb və ciddi fəsadlara səbəb ola bilərdi", - Daxili İşlər Nazirliyi bildirib. Polis qısa zamanda müdaxilə edərək gərginliyin daha da artmasının qarşısını alıb. Lakin iğtişaşları dağıdarkən bir polis əməkdaşı ayağından xəsarət alıb.

Qeyd edək ki, dünən axşam minlərlə nümayişçi Belqradın mərkəzində toplaşaraq hakimiyyətin Skupşinanın qarşısında çadır qurmağa və aclıq aksiyasına qadağa qoymasına qarşı etirazını bildirib.

Son xəbərlər

Bütün Xəbər Lenti