Serbiya DİN: İcazəsiz etiraz aksiyalarında 107 nəfər saxlanılıb

Digər ölkələr
  • 05 iyul, 2025
  • 18:29
Serbiya DİN: İcazəsiz etiraz aksiyalarında 107 nəfər saxlanılıb

Serbiya polisi iyulun 5-də icazəsiz etiraz aksiyalarında 107 nəfəri saxlayıb, 2 nəfər xəsarət alıb.

"Report" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Serbiya Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidməti məlumat yayıb.

"DİN əməkdaşları ötən gecə ərzində 1 130 nəfərin sənədlərini yoxlayıb. Ümumilikdə 107 nəfər saxlanılıb. İnsidentlər Belqrad və Zrenyanin şəhərlərində qeydə alınıb. Zrenyanində 2 nəfər yüngül xəsarət alıb", - məlumatda bildirilib.

44 filmi