Sebastyen Lekornyu Fransanın gələn il üçün büdcə kəsiri planını açıqlayıb
- 13 avqust, 2026
- 17:57
Yeniliklərdən dərhal xəbərdar olun!
Fransanın Baş naziri Sebastyen Lekornyu gələn il üçün büdcə kəsirinin aşağı səviyyədə azaldılmasını planlaşdırır və əvvəlki üç faizlik həddən imtina edərək ÜDM-in təxminən 5 %-ni hədəfləyir.
Bu barədə "Report"un Avropa bürosu Fransa mətbuatına istinadən xəbər verir.
Hökumət büdcə layihəsini sentyabrın 30-da, qanunla nəzərdə tutulmuş son müddətdən bir həftə əvvəl parlamentə təqdim etmək niyyətindədir.
Bildirilir ki, kabinet irimiqyaslı struktur islahatları və yeni vergilər olmadan kəsirin ÜDM-in 4,9 %-nə qədər azaldılmasına nail olmağa çalışır.
Bu, Fransanın kəsirinin 2029-cu ildə Aİ-nin ÜDM-in 3 %-i səviyyəsindəki limitindən aşağı salınması hədəfindən faktiki olaraq imtina etmək deməkdir.
Fransa hökuməti kəsiri azaltmağa və eyni zamanda, ilin sonunadək büdcənin qəbul edilməsini təmin etməyə çalışır.