“Sarı jiletlilər” keçmiş baş qərargah rəisini baş nazir görmək istəyir

Digər ölkələr
  • 03 dekabr, 2018
  • 09:13
“Sarı jiletlilər” keçmiş baş qərargah rəisini baş nazir görmək istəyir

Bakı. 3 dekabr. REPORT.AZ/ Bu il noyabrın 17-dən Fransada benzinin bahalaşmasına qarşı etiraz aksiyaları keçirən “sarı jiletlilər” hərəkatı hökuməti istefa verməyə, baş nazir vəzifəsinə keçmiş baş qərargah rəisi Pyer de Vilyeni gətirməyə çağırıb.

“Report” “İnterfax”a istinadən xəbər verir ki, hərəkatın Voklüz Departamentindəki nümayəndəsi Kristof Şalenson “Europe-1” radiosuna müsahibəsində bildirib: “Hökumət başçısı kimi general de Vilyenin yeri görünür. Onun nüfuzu var, hökumətin başında onun durması lazımdır”.

Xatırladaq ki, 2014-2017-ci illərdə baş qərargah rəisi vəzifəsində çalışmış P.Vilye Prezident Emanuel Makronla müdafiə büdcəsindəki ixtisarlar da daxil olmaqla müəyyən məsələlərə dair fikir ayrılıqları üzündən istefa vermişdi.