"Sarı jiletlilər"in aksiyasında iştirak edən 70 nəfər sorğu-sual olunub

Digər ölkələr
  • 20 aprel, 2019
  • 11:45
Sarı jiletlilərin aksiyasında iştirak edən 70 nəfər sorğu-sual olunub

Fransanın paytaxtı Paris şəhərində "sarı jiletlilər"in bu gün keçirilən etiraz tədbirləri zamanı 70 nəfər aksiya iştirakçısı sorğu-sual olunub.

"Report"un Qərbi Avropa bürosu xəbər verir ki, ölkənin İqtisadiyyat Nazirliyinin inzibati binası yaxınlığında təşkil olunan aksiyada bu saatlarda artıq 2 mindən artıq insan iştirak edir. Vəziyyətlə bağlı Fransa Prezidenti Emmanuel Makron Daxili İşlər naziri Kristof Kastaneri Prezident sarayına çağırıb.

Yelisey çölü prospektində və Parisin Notr-Dam kilsəsi yaxınlığında aksiyaların keçirilməsinə icazə verilməsə də, Parisin bir sıra metrostansiyasının bağlanması nəticəsində metronun ümumi fəaliyyəti pozulub. 

Yelisey çölü prospektinə gedən yolların bağlanması səbəbindən avtomobillərin hərəkəti bütün paytaxtda çətinləşib.