Sankt-Peterburqda dələduzlar təqaüdçüdən 1,2 milyon dollardan çox vəsait ələ keçiriblər

Digər ölkələr
  • 09 iyul, 2026
  • 14:07
Sankt-Peterburqda dələduzlar təqaüdçüdən 1,2 milyon dollardan çox vəsait ələ keçiriblər

Sankt-Peterburqda (Rusiya) dələduzlar 79 yaşlı yerli sakindən 95 milyon rubl (1,2 milyon dollardan çox) dəyərində qızıl külçələr ələ keçiriblər.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Sankt-Peterburq polisinin mətbuat xidmətindən bildirilib.

Hüquq-mühafizə orqanlarının məlumatına görə, cinayətkarlar özlərini müxtəlif idarələrin əməkdaşları kimi təqdim edərək təqaüdçünü pul vəsaitlərinin bəyan edilməsinin vacibliyinə inandırıblar.

Bu bəhanə ilə kişi dəfələrlə onun yanına gələn kuryerlərə nağd pul və qızıl külçələr verib.

Pul vəsaitləri və qiymətli metallar daxil olmaqla ümumi ziyan 95 milyon rublu ötüb.

Faktla bağlı xüsusilə külli miqdarda dələduzluq üzrə cinayət işi başlanıb.

44 - Tezliklə