Sandu iyulun 10-u və 11-də parlament fraksiyaları ilə baş nazir postuna namizədi müzakirə edəcək

Digər ölkələr
  • 09 iyul, 2026
  • 13:17
Sandu iyulun 10-u və 11-də parlament fraksiyaları ilə baş nazir postuna namizədi müzakirə edəcək

Moldova Prezidenti Maya Sandu yeni Nazirlər Kabinetinin formalaşdırılması üçün baş nazir postuna namizədliklə bağlı iyulun 10-u və 11-də parlament fraksiyaları ilə məsləhətləşmələr aparacaq.

"Report" yerli mediaya istinadən xəbər verir ki, bu barədə dövlət başçısının mətbuat xidməti məlumat yayıb.

"Danışıqlar Prezident administrasiyasının binasında keçiriləcək. İyulun 10-da prezident beş fraksiyanın nümayəndələri ilə görüşəcək. Günün ikinci yarısına sol müxalifət: Kommunistlər Partiyası və Sosialistlər Partiyası ilə görüşlər təyin edilib. İyulun 11-də danışıqları hakim avropayönümlü "Fəaliyyət və Həmrəylik" partiyasının nümayəndələri ilə görüş yekunlaşdıracaq", - məlumatda qeyd olunub.

Xatırladaq ki, iyulun 3-də Baş nazir Aleksandr Muntyanu istefa verib. Maya Sandu iyulun 7-də iqtisadiyyat naziri Yevgeni Osmokeskunun baş nazirin səlahiyyətlərini müvəqqəti icra edən şəxs təyin edilməsi barədə fərman imzalayıb. O kabinetin yeni tərkibi formalaşana qədər ona rəhbərlik edəcək.