Salvadorda prezident sarayı zəlzələyə görə təxliyyə olunub

Digər ölkələr
  • 01 fevral, 2019
  • 22:42
Salvadorda prezident sarayı zəlzələyə görə təxliyyə olunub

Bakı. 2 fevral. REPORT.AZ/ Qvatemala və Meksika sərhədində 6,4 maqnituda gücündə zəlzələnin baş verməsindən sonra Salvadorun prezident sarayı təxliyyə edilib.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, Salvadorun Ətraf Mühitin Mühafizəsi və Təbii Sərvətlər Nazirliyi zəlzələnin daha çox ölkənin Qvatemala ilə sərhəddə yerləşən qərbində hiss olunduğu barədə məlumat yayıb.

Zəlzələ və təxliyyə zamanı heç kim xəsarət almayıb.