Şahbaz Şərif dünya ölkələri üçün 3 əsas təhlükəni açıqlayıb
- 01 sentyabr, 2026
- 13:52
Yeniliklərdən dərhal xəbərdar olun!
Terrorizm, separatizm və dini ekstremizm ölkələr üçün ümumi təhlükə olaraq qalır.
"Report"un Bişkekə ezam olunmuş əməkdaşı xəbər verir ki, Pakistanın Baş naziri Şahbaz Şərif bu barədə "ŞƏT plyus" formatında keçirilən yüksək səviyyəli görüşdə çıxış edərkən deyib.
"Üç bəla var - terrorizm, separatizm və dini ekstremizm", - deyə Şərif bildirib.
Onun sözlərinə görə, Pakistan terrorizmə qarşı mübarizəni davam etdirəcək: "Biz yalnız öz ümumi rifahımız üçün deyil, həm də bütün xalqların rifahı üçün mübarizə aparırıq".
Ş.Şərif, həmçinin Fars körfəzi regionundakı mövcud vəziyyətlə bağlı narahatlığını ifadə edib və tərəfləri mövcud fikir ayrılıqlarını dinc dialoq yolu ilə həll etməyə çağırıb.
Qəzzadakı və Qərb sahilindəki vəziyyətə toxunan Ş.Şərif qeyd edib ki, beynəlxalq ictimaiyyət bu regionda sülhü təmin etməlidir.