Rütte: NATO ölkələri on milyardlarla dollar dəyərində müqavilələr bağlayacaq
- 07 iyul, 2026
- 07:32
Yeniliklərdən dərhal xəbərdar olun!
NATO dövlətləri Ankarada keçiriləcək sammitdə on milyardlarla dollar dəyərində müdafiə müqavilələrinin bağlanacağını elan edəcəklər.
"Report" xəbər verir ki, bu barədə alyansın baş katibi Mark Rütte "The Washington Post" qəzeti üçün yazdığı məqalədə bildirib.
Onun sözlərinə görə, yeni sazişlər Avropa və Şimali Amerika şirkətləri ilə bağlanacaq. Bundan əlavə, sammitdə təhlükəsizliyin gücləndirilməsi və müdafiə sənayesinin inkişafı üçün əsas texnologiyalara yeni investisiyaların təqdim edilməsi planlaşdırılır.
Rütte qeyd edib ki, NATO ölkələri müdafiəyə investisiyaları necə artırdıqlarını, öz təhlükəsizliklərinə görə məsuliyyəti yenidən bölüşdürdüklərini və sənaye bazasını möhkəmləndirdiklərini nümayiş etdirmək niyyətindədirlər.
Qeyd edək ki, NATO sammiti iyulun 7-8-də Ankarada keçiriləcək. Görüşün əsas mövzuları sırasında Avroatlantika təhlükəsizliyi, Ukrayna ətrafındakı vəziyyət və alyansın cənub cinahıdır.