Rusiyanın ABŞ-dakı ticarət missiyasındakı diplomatlarının ailələri səfirliyə yerləşdirilib
- 03 sentyabr, 2017
- 01:15
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 3 sentyabr. REPORT.AZ/ Rusiyanın Vaşinqtondakı ticarət missiyası ərazisində yaşayan diplomatlarının ailələri bu ölkənin ABŞ-dakı səfirliyinin ərazisində yerləşdirilib.
"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə səfirliyinin mətbuat katibi Nikolay Laxonin bildirib.
"Onların hamısı səfirliyin ərazisində yerləşdirilib. Bununla bağlı məsələlər həll edilib", - deyə o bildirib.
Dövlət Departamenti daha əvvəl Rusiya Federasiyasında ABŞ-ın diplomatik missiyasının işçilərinin sayını azaltmaq təklifinə cavabla əsaslandıraraq bu ölkənin San-Fransiskodakı konsulluğunu, Vaşinqtonda və Nyu-Yorkda ticarət nümayəndəliklərinin iki binasını sentyabrın 2-ə qədər bağlamağa tələb edib.
Rusiya bu addımları düşməncəsinə hərəkətlər adlandırıb.