Rusiyanın Ukraynaya endirdiyi zərbələr nəticəsində bir nəfər ölüb, onlarla insan yaralanıb
- 06 may, 2026
- 10:09
Rusiya Silahlı Qüvvələri Ukraynanın Xerson, Dnepropetrovsk, Zaporojye və Xarkov vilayətlərinə hücum edib, nəticədə 1 nəfər ölüb, daha 74 nəfər yaralanıb.
"Report" Ukrayna mediasına istinadən xəbər verir ki, bu barədə Vilayət Hərbi Administrasiyalarının rəhbərləri məlumat veriblər.
Xerson Vilayət Hərbi Administrasiyasının rəhbəri Aleksandr Prokudin bildirib ki, ötən sutka ərzində regionda zərbələr nəticəsində 1 nəfər ölüb, daha 10 nəfər yaralanıb. Həmçinin, mülki infrastruktur ciddi şəkildə dağılıb.
Dnepropetrovsk Vilayət Hərbi Administrasiyasının rəhbəri Aleksandr Qanja bildirib ki, Dneprə hücumlar nəticəsində xəsarət alanların sayı 19-a çatıb.
Zaporojye Vilayət Hərbi Administrasiyasının rəhbəri İvan Fyodorov bildirib ki, ötən gün Zaporojyeyə edilən hücumdan sonra xəsarət alanların sayı artaraq 43-ə çatıb.
Xarkov Vilayət Hərbi Administrasiyasının rəhbəri Oleq Sinequbov bildirib ki, Xarkovun Novobavarsk rayonunda Rusiyanın zərbələri nəticəsində 2 nəfər xəsarət alıb, yaşayış evlərinə ziyan dəyib.