Rusiyanın Ukraynaya endirdiyi zərbələr nəticəsində 5 nəfər ölüb, 22 nəfər yaralanıb

Digər ölkələr
  • 17 iyul, 2026
  • 10:04
Rusiyanın Ukraynaya endirdiyi zərbələr nəticəsində 5 nəfər ölüb, 22 nəfər yaralanıb

Rusiya Silahlı Qüvvələrinin Ukraynaya endirdiyi zərbələr nəticəsində 5 nəfər ölüb, daha 22 nəfər yaralanıb.

"Report" xəbər verir ki, bu barədə "İnterfaks-Ukrayna" məlumat yayıb.

Qeyd olunub ki, Odessada hücum nəticəsində 2 nəfər ölüb, ikisi uşaq olmaqla 10 nəfər xəsarət alıb.

Sumı vilayətində 7 nəfərin xəsarət aldığı qeydə alınıb, onların arasında bir uşaq var.

Bundan əlavə, Zaporojye vilayətində Rusiyanın zərbələri nəticəsində 3 nəfər ölüb və daha 5 nəfər yaralanıb.

44 - Tezliklə