Rusiyanın Ukraynanın supermarketlər şəbəkəsinin obyektlərinə endirdiyi zərbə nəticəsində 6 nəfər ölüb

Digər ölkələr
  • 05 avqust, 2026
  • 14:12
Rusiyanın Ukraynanın supermarketlər şəbəkəsinin obyektlərinə endirdiyi zərbə nəticəsində 6 nəfər ölüb

Rusiya Silahlı Qüvvələrinin Ukraynanın iri "Silpo" ərzaq supermarketləri şəbəkəsinin paylayıcı mərkəzlərinə endirdiyi zərbə nəticəsində 6 nəfər ölüb.

"Report" "İnterfaks-Ukrayna"ya istinadən xəbər verir ki, bu barədə şirkət sosial şəbəkələrdə məlumat yayıb.

"Rusiyanın bugünkü atəşi nəticəsində iki paylayıcı mərkəzimizdə yanğınlar baş verib. Son məlumatlara görə, 6 əməkdaş həlak olub. Zərərçəkənlərin sayı barədə məlumat hələ dəqiqləşdirilir", - bildirilib.

44 filmi